Azərbaycanda kənd təsərrüfatı
Azərbaycanda kənd təsərrüfatı — Azərbaycan iqtisadiyyatının bir hissəsini təşkil edən təsərrüfat sahələrindən biri. 2006-cı ildə kənd təsərrüfatında bütün məşğul əhalinin 39,1%-i cəmləşmişdir. Azərbaycanda istehsal edilən ÜDM 5,7 % (2012). kənd təsərrüfatının payına düşür. 2014-cü ildə respublikada ÜDM-də kənd təsərrüfatının payı 5.3% olduğu halda, 2015-ci ildə bu rəqəmin 6.2% təşkil etmişdir. 2015-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5635,3 milyon manat olmuşdur. 2015-ci ildə 2999,0 min tona yaxın taxıl istehsal olunmuş, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 25,8 faiz çoxdur. Həmçinin 2015-ci ildə sahələrdən 839,8 min ton və ya əvvəlki ilə nisbətən 2,5 faiz çox kartof, 1273,3 min ton və ya 7,2 faiz çox tərəvəz, 484,5 min ton və ya 9,9 faiz çox bostan məhsulları, 886,3 min ton və ya 4,2 faiz çox meyvə və giləmeyvə, 578,9 ton və ya 22,1 faiz çox yaşıl çay yarpağı, 157,0 min ton və ya 6,3 faiz çox üzüm yığılmışdır.
2015-ci il ərzində ölkədə diri çəkidə 515,6 min ton ət, 1924,4 min ton süd, 17,0 min ton yun və 1538,6 milyon ədəd yumurta istehsal edilmişdir. 2014-cü illə müqayisədə 2015-ci ildə ət istehsalı 2,0 faiz, süd istehsalı 3,7 faiz, yun istehsalı isə 1,4 faiz artmışdır.